Koreya ilə ABŞ arasında gərginlik artır

Koreya ilə ABŞ arasında gərginlik artır
14:48 05.04.2013
1403
Şimali Koreyanın ABŞ-a qarşı nüvə zərbəsi də daxil olmaqla, hərbi əməliyyat planını təsdiqləməsi bütün dünyada həyəcanla qarşılanıb. 
AZXEBER.COM-un məlumatına görə, Cənubi Koreya hərbi-dəniz qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. BMT baş katibi Pan Gİ Mun da vəziyyətdən narahatlıq  ifadə edib. 
Qeyd edək ki, Cənubi Koreya ölkənin şərq və qərb sahillərində hərbi gəmilərinin sayını artırıb. Gəmilər raketdən müdafiə sistemi ilə təchiz edilib. Yaponiya hökuməti isə ilk dəfə olaraq Şimali Koreyaya qarşı birtərəfli sanksiyaları daha iki il müddətinə uzadıb. 
OXŞAR XƏBƏRLƏR