Koreya sərhədində gərginlik: Zibil balonlarına qarşı təbliğat yayımı gedir

Koreya sərhədində gərginlik: Zibil balonlarına qarşı təbliğat yayımı gedir
DÜNYA
16:16 22.07.2024
145
 
Cənubi Koreyanın Şimali Koreya ilə sərhədində geniş təbliğat yayımları iki gündür davam edir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Cənubi Koreyanın aparıcı mətbuat orqanı olan "Yonhap" məlumat yayıb.
 
Buna səbəb Pxenyan rəhbərliyinin Cənubi Koreyaya zibil balonları göndərməsi olub.
  
Qeyd edək ki, bir müddət öncə Şimali koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. 

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 2 mindən çox zibil daşıyan şar göndərib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR