Koreyada təqaüdlə magistratura və doktorantura təhsili imkanı

Koreyada təqaüdlə magistratura və doktorantura təhsili imkanı
SOSİAL
15:14 05.08.2026
181
Koreya İnkişaf İnstitutunun (KDI) Dövlət Siyasəti və İdarəçiliyi Məktəbi (KDIS) 2027-ci ilin yaz semestri üzrə Azərbaycan vətəndaşları üçün magistratura və doktorantura proqramlarına qəbul elan edib.

AZXEBER.COM xəbər verir ki, proqram çərçivəsində Azərbaycan vətəndaşlarına dövlət siyasəti, inkişaf siyasəti, dövlət idarəçiliyi və əlaqəli ixtisas sahələri üzrə Koreya Respublikasının paytaxtı Seulda yerləşən KDIS-də əyani formada təhsil almaq imkanı yaradılır.

Bildirilib ki, təhsil magistratura və doktorantura səviyyələrini əhatə edir və təqaüd proqramı çərçivəsində həyata keçiriləcək.

Proqrama müraciət üçün son tarix 14 avqust 2026-cı il, Koreya vaxtı (GMT+9) ilə saat 18:00-dır.

Qəbul şərtləri və digər ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür:
 
OXŞAR XƏBƏRLƏR