Koreyalı aktyor həbsdən azad olundu

Koreyalı aktyor həbsdən azad olundu
MAQAZİN
14:56 03.07.2025
181
Narkotik asılılıqda ittiham olunan koreyalı aktyor Yo Ah İn şərti cəzaya məhkum edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, marixuanadan istifadə etməkdə və təhrik etməkdə ittiham olunan Yo Ah İnə hökm oxunub.

Məhkəmə "iddia tərəfinin bütün etirazlarının rədd edilməsi" barədə qərar çıxararaq müttəhimə 1 il həbs versə də, cəzasını 2 il müddətinə təxirə salıb.

Keçən ilin sentyabrında keçirilən ilk məhkəmə iclasında Yoo Ah İn bir il həbs və 2 milyon von (təxminən 1473 dollar) məbləğində cərimə edilib və məhkəmə zalında saxlanılıb. O, 5 ay həbsdə qaləb.

Bu ilin fevralında keçirilən ikinci iclasda məhkəmənin təqsirli və ya təqsirsizlik hökmü birinci iclasdakı kimi qalıb, lakin cəza bir ilə endirilib, iki il təxirə salınıb və 2 milyon von pul cəzası kəsilib və Yoo Ah İn Seulda beş aylıq həbsdən sonra sərbəst buraxılıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR