COVİD-19-un "Centaurus” variantı gəlir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyada 6,3 milyondan çox insanın ölümünə səbəb olan koronavirus yeni mutasiyalar və variantlarla sürətlə yayılmağa davam edir. Elm adamları ilk dəfə aşkarlanan "Centaurus” variantının narahatlıq doğurduğunu açıqlayıb.
İlk dəfə aşkar edilən və hazırda Hindistanda dominant variant olan və "Centaurus” adlanan BA.2.75 variantının koronovirus epidemiyasının gedişatını dəyişəcəyi proqnozlaşdırılır.
Elm adamları bu virusun daha yoluxucu olduğunu bildirib:
"Bu virus daha yoluxucudur. Amma bu virusla bağlı hələ ki, kifayət qədər məlumatımız və araşdırmalarımız yoxdur”.
Qeyd edilib ki, bu variant daha əvvəl COVİD-19-a yoluxmuş və ya peyvənd olunmuş şəxslərdə formalaşan immuniteti aşmağa qadirdir.
Ayşən