Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub

Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub
SOSİAL
22:31 23.03.2020
7982
Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin statistikasını açıqlayıb. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nazirin müavini Viktor Qasımov bildirib ki, onlardan 30-a yaxın şəxs xaricdən gələnlərdir, qalanı ölkə daxilində yayılanlardır. Xəstəliyə tutulanların əksəriyyəti cənub zonasındandır.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, xəstələrin sayı onları bölgələrə ayırmağa əsas vermir: "61 xəstə var və onlardan çoxu bu yaxınlarda sağalıb evə buraxılacaq".

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev əlavə edib ki, koronavirusa yoluxanlar arasında xaricdən təxliyyə edilən şəxslər də var.
OXŞAR XƏBƏRLƏR