Bakıda koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.
Xatırladaq ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirddə COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı.