Koronavirusa görə bu şəxslərə 190 manat veriləcək - Rəsmi

SOSİAL
21:06 04.04.2020
6628
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.

Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Bu, iki ay nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR