Şimali Koreyada fövqəladə vəziyyət elan edilib.
AZXEBER.COM xəbər verir ki, Şimali Koreyada ilk koronovirusa yoluxmanın aşkar edilməsi səbəbindən epidemiyaya qarşı fövqəladə vəziyyət elan edildiyi açıqlanıb.
Qeyd edilib ki, "Covid-19” epidemiyasının başlamasından bu yana ölkədə heç bir yoluxmanın olmadığı Şimali Koreyada ilk yoluxma Pxenyanda qeydə alınıb.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) qızdırma əlamətləri olan xəstələrdən toplanan analiz nümunələrində "Omikron” mutasiyasının aşkar edildiyini açıqlayıb.
Aşkar edilmiş halların sayı ilə bağlı məlumat qeyd edilməsə də, Şimali Koreya lideri Kim Çen In təcili iclas keçirərək hakimiyyət orqanlarına bütün şəhər və rayonların tamamilə təcrid olunması barədə göstəriş verdiyi qeyd edilib.
Dövlətin nəzarətində olan başqa bir media orqanı olan "Rodong Sinmun” qəzeti, epidemiyanın qarşısının alınması tədbirləri ilə bağlı "fövqəladə vəziyyət" elan edildiyini qeyd edib.
Qeyd edək ki, Çinin Wuhan şəhərində ilk "Covid-19” yoluxması təsdiqləndikdən sonra Pxenyan ehtiyat tədbiri olaraq 2020-ci ilin əvvəlində Çin və Rusiya ilə sərhədlərini bağlamışdı.
Bundan başqa, Nüvə silahları və raket proqramına görə sərt sanksiyaların hədəfi olan Şimali Koreya ərzaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən yoluxucu xəstəliklərə qarşı həssas ölkə hesab edilir.
Aydın