xari

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

SOSİAL
15:14 29.03.2020
1546
Fransadakı Azərbaycanın Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın koronavirusa yoluxması barədə danışıb.

Hazırda ev şəraitində müalicə alan Mirvari Fətəliyeva  Modern.az-a açıqlamasında bir az halsız olduğunu və nəfəsalmada çətinlik çəkdiyini deyib, ancaq tez sağalacağına ümid etdiyini bildirib.

"Getdikcə ağrılarım azalır”-deyə o əlavə edib. 

O, Fransada vəziyyətin çox ciddi olduğunu qeyd edib:

"Burada da vəziyyət çox təhlükəlidir. Fransanın baş naziri dünən xalqa müraciət etdi. Bildirdi ki, gələn hər 15 gün Fransa üçün geridə qalan 15 gündən daha ağır olacaq. Ölənlərin sayı daha da çoxalacaq. Çünki Fransa koronavirus bəlasına görə pik həddədir”.

Diaspor rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etməyən azərbaycanlılara da səslənib:

"Azərbaycanlılara demək istəyirəm ki, koronavirusu ciddiyə alsınlar. Onunla zarafat etmək olmaz. Bəziləri elə düşünür ki, bu virus gənclərə yaxın gəlmir. Ancaq elə deyil. Fransada gənclər arasında heç bir xəstəliyi olmayanlar belə koronavirusdan dünyasını dəyişirlər. Bu da çox narahatedici haldır. Ona görə də hər bir azərbaycanlıdan xahiş edirəm ki, özünüzü və ətrafınızı qoruyun. Mütləq şəkildə qanun və qaydalara riayət etməliyik. Karantini də ciddiyə almalıyıq ki, ətrafımızdakıları və sevdiklərimizi qoruyaq. Azərbaycan xalqına müraciətim bu olardı ki, vəziyyəti ciddiyə alın və evdə qalın!”.

Mirvari Fətəliyeva koronavirus testinin müsbət olduğu xəbərini alandan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun onunla telefon əlaqəsi yaradaraq səhhəti ilə maraqlandığını da bildirib.

Qeyd edək ki, M.Fətəliyeva bir neçə gün əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:20 27.01.2021

“Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil“ – ÜST təmsilçisi

17:13 27.01.2021

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı

17:00 27.01.2021

“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

16:31 27.01.2021

“Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik” - Çinli həkim

16:27 27.01.2021

"Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

16:20 27.01.2021

Azərbaycanda bu gün nə qədər adam koronavirusa yoluxub?

16:20 27.01.2021

“Fənərbaxça” Məsut Özili təqdim etdi

16:11 27.01.2021

Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi

16:04 27.01.2021

Prezident: Guya Şuşa bizə elə-belə verilib, ağ yalandır!

16:02 27.01.2021

Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

15:40 27.01.2021

Rusiyadan 2 nəfər şəxs Azərbaycana ekstradisiya edildi

15:34 27.01.2021

Hikmət Hacıyev: "Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir"

15:24 27.01.2021

Azərbaycana Pfizer/BioNTech peyvəndi də gətiriləcək - ÜST nümayəndəsi

15:21 27.01.2021

Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!

14:56 27.01.2021

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

14:51 27.01.2021

"AXC-Müsavat cütlüyü Şuşanı faktiki olaraq düşmənə təhvil verdi" - Prezident