Koronavirusa yoluxan Hafiz Hacıyevdən xəbər var

Koronavirusa yoluxan Hafiz Hacıyevdən xəbər var
SOSİAL
15:53 15.11.2021
1182
Bir müddətdir koronavirusa yoluxmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti normallaşır.

Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında vəziyyətinin yaxşılaşdığını bildirib: "Vəziyyətim normaldır, artıq yaxşıya doğru gedir. Ciyərlərimdə buzlaşma var idi, artıq onlar da təmizlənib. Hazırda müalicə alıram. Yəqin ki, qısa müddətdə ayağa qalxacam. Hazırda evdəyəm”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı. 
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR