Koronavirusa yoluxmuş şəxslər üçün vacib Açıqlama

Koronavirusa yoluxmuş şəxslər üçün vacib Açıqlama
SAĞLAMLIQ
16:27 04.12.2021
656
Son zamanlarda insanlarda rast gəlinən problemlərdən biri də qan laxtalanmasıdır. Aydındır ki, bu problem COVID-19 infeksiyasından sonra daha çox özünü göstərməyə başladı.

Laxtalanmanın hansı səbəbdən yarandığı ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, cərrah Ramil Əliyev fikirlərini bildirib. Həkim deyir ki, qan laxtalanması hər hansı xəstəliyin əlamətidir.

"Qan damarlarının divarlarında dəyişikliklər baş verir ki, onlar da qan dövranının pozulmasına gətirib çıxarır. Yəni laxtalanma dedikdə bunu nəzərdə tuturuq. Qan dövranının pozulması qan xəstəliyi deyil, qan divarlarının xəstələnməsidir. Laxtalanma daha çox 50-60 yaşdan yuxarı şəxslərdə müşahidə olunur”.

Cərrah onu da bildirir ki, qadınlarda daha çox görülən "TROMB” venaların genişlənməsi və o genişlənən divarlarda qan axınının zəifləməsi nəticəsində damarların böyüməsi, böyük bir laxta şəkli almasıdır. O qeyd edir ki, aşağı ətraf venaların genişlənməsi varikoz genişlənməsidir. Bu, TROMB deyil. Sadəcə kiçik damarların venalarının genişlənməsi nəticəsində içəridə qan dövranının pozulması və içində qanın çox zəif axmasıdır.
"Bu damarlar böyüdükcə dəridən kənara çox kobud şəkildə çıxaraq qabarır. İnsanlar bu qabarıq içində gördüyü göy rəng venoz qanı TROMB kimi dəyərləndirirlər. Halbuki bu da Tromb deyil. Bu sadəcə genişlənmiş venalar və venulalardır”.

Dr. R.Quliyev sonda əlavə edir ki, alimlərin dediyinə görə, COVID-19 xəstəliyi yalnız ağ ciyər xəstəliyi deyil, bu, bütün bədənin iltihabi xəstəliyidir.

"COVID-19 virusu bədənə daxil olduqdan sonra çox böyük, sarsıntılı şəkildə dəyişikliklər baş verir. Bu dəyişikliklər təkcə virusun və mikrobun daxil olmasından irəli gəlmir. Bədənin reaksiya verməsindən sonra başlayır. Bu şəkildə öz-özünə laxtalanmaya meyillilik baş verir. Nəticədə xəstələrdə kiçik kapilyar dövranı olan ağciyər, qaraciyər və daha kiçik kapilyarlar dövranı olan orqanlarda geri dönmə prosesləri baş verir. Qan öz-özünə kiçik damarlarda laxtalanıb qalır. Bunun nəticəsində hüceyrələr ölməyə başlayır. Ağciyərdə sekroz, beyində insult, ürəkdə infarkt olur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı