Koronavirusdan öldüyü deyilən şəxs iki il sonra evinə qayıtdı

Koronavirusdan öldüyü deyilən şəxs iki il sonra evinə qayıtdı
DÜNYA
11:23 17.04.2023
233
Hindistanda iki il əvvəl koronavirus (Covid-19) səbəbilə vəfat etdiyi açıqlanan və onun üçün dəfn mərasimi təşkil edilən Kamleş Patidar evinə qayıdıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Madhya Pradeş əyalətinin Dhar şəhərinin sakini və Covid-19 səbəbiylə öldüyü ehtimal edilən Patidar iki il sonra ailəsinin yanına qayıdıb.
 
Patidarın qohumu Mukeş Patidar jurnalistlərə bildirib ki, Kamleş Patidar 2021-ci ildə Covid-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Qucarat Dövlət Xəstəxanasına aparılıb və onlar daha sonra onlara təhvil verilən cənazə mərasimi keçiriblər. 

Öldüyünü zənn etdikləri Kalmeş Patidarın iki ildən sonra bibisinin qapısını döydüyünü qeyd edən Mukeş Patidar hadisədən bütün ailə üzvlərinin və yaxınlarının şoka düşdüyünü bildirib.

Mukeş Patidar iki il ərzində Kalmeş Patidarın harada olduğu barədə onlara heç bir məlumat vermədiyini bildirib.

Kanvan rayon polis məmuru Ram Singh Rathore də ailəsi tərəfindən öldüyü düşünülən Patidarın əsl hekayəsinin ifadəsi alındıqdan sonra aydınlaşacağını bildirib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR