Koronavirusdan sağalan azərbaycanlı iş adamından - Açıqlama

Koronavirusdan sağalan azərbaycanlı iş adamından - Açıqlama
SOSİAL
10:26 29.03.2020
2358
"Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirmişdik və hələ də bərpa olunmayıb”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri koronavirusa yoluxmuş Kanadada yaşayan azərbaycanlı iş adamı Ruslan İsmayılzadə Amerikanın Səsinə müsahibəsində deyib. Artıq test nəticələrinin mənfi olduğunu bildirən R. İsmayılzadə virusa necə yoluxmasından və bu müddət ərzində başına gələnlərdən danışıb:

"Hazırda özümü yaxşı hiss edirəm, ümumilikdə, bu dövr əzində normal hiss etmişəm. Həyatımda bundan da pis qriplərə tutulmuşam, bu, ən pislərindən biri olmadı. Şirkətim var və bizim martın 10-da Nyu-Yorka biznes səfərimiz planlaşdırılmışdı. Səfərimiz zamanı həm məndə, həm də partnyorumda qızdırma başladı. Qızdırma daha sonra quru öskürəklə əvəzləndi. İstiliyimiz elə də yüksək olmurdu. Ona görə, başlarda diqqət etmədik. Elə bilirdik koronavirus tutanda adam partlayır. İnsanlar bilsin ki, bu, çox zaman adi qrip formasında keçir, ən pis versiyada isə sətəlcəm olurlar.

Biz virusa yoluxduğumuzu biləndə özümüzü izolyasiya etdik və Kanadaya geri döndük. 

Test olunduq, nəticələrimiz müsbət çıxdı. Həkimimiz çox dərman qəbul etməməyi, sadəcə istiliyimiz qalxarsa, parasetamol içməyi məsləhət gördü”. 

Onun sözlərinə görə, daha sonra yoxlanılan zaman test nəticələri mənfi olsa da, həkimlər şəxsi izolyasiya dövrünün davam etdirilməsini məsləhət görüb:

"Martın 25-də yenidən test olunduq və nəticələr mənfi oldu. Ancaq bizə xəbərdarlıq olundu ki, testlər elə də təkmilləşdirilməyib, hələ də yoluxucu qrupa daxilik və izolyasiyanı davam etdirməliyik. Hərdən nəfəs darlığı olur, hərdən də qızdırma yaranır. Ona görə, hələ ki, tam sağlam sayılmırıq. 

Əvvəl hamı deyirdi, 14 gün ərzində hər şey bitir. Sonuncu danışdığımız həkim 21 gün dedi. Hər bir region üzrə simptomları fərqli ola bilər.

Bizim xəstəxanamız tamamilə onlayn sistemə keçib. Həkimim dərman siyahımı aptekə göndərdi, aptek də dərmanı evimə göndərdi. Hökümətlər hazır olmasa da, inkişaf etmiş ölkələrin biznesi bu kimi situasiyalara hazırdır. Evdə qalın, yanlız vacib şeylər üçün küçəyə çıxın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
21:09 21.06.2026
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
20:52 21.06.2026
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Dondurma alarkən nələrə diqqət edilməlidir?
20:38 21.06.2026
Dondurma alarkən nələrə diqqət edilməlidir?
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR