Koronavirusdan sağalan paytaxt sakini: Sanki ölü idim - FOTO

Koronavirusdan sağalan paytaxt sakini: Sanki ölü idim - FOTO
SOSİAL
16:05 13.06.2020
770

Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim.

Bunu BAKU.WS-ə açıqlamasında koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib. Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb:

"Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabında atam, anam və məndə neqativ çıxdı, ancaq 6 yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.

E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynləri və özündə vəziyyət ağırlaşıb, nəticədə onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdilər:

"Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə dünyasını dəyişdi. Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.

Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda əsasən bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub:

"Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki bir ölü idim. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bizimlə öz doğmaları kimi davranırdılar. Daim yanımızda idilər, bütün gücləri ilə bizə yardım olurdular. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda müxtəlif formada özünü göstərir. Belə ki, məndə ümumiyyətlə qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəsətlik qızdırma ilə özünü göstərmişdi".





 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı