Koronavirusdan sağaldıqdan sonra nadir rast gəlinən xəstəliyə tutuldu

Koronavirusdan sağaldıqdan sonra nadir rast gəlinən xəstəliyə tutuldu
DÜNYA
15:54 14.02.2024
149
Ərzurumda koronavirusdan sağalan gənc daha sonra milyonda 2 nəfərə təsir edən xəstəliyə tutulub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gəncə milyonda 2 və ya 3 halda rast gəlinən "pemfiqus” kimi tanınan dəri xəstəliyi diaqnozu qoyulub. 

Bir ilin içində üzü tanınmaz hala gələn kişinin anası "Uşağım gözümün qabağında çürüyür” deyib.

2021-ci ildə aldığı koronavirusdan sonra 38 yaşlı İbrahim Akanın üzündə yaralar görünməyə başlayıb.

Atatürk Universiteti Araşdırma Xəstəxanasına müraciət edən Akanda milyonda 2 və ya 3 adamda görülən və Braziliya tropik meşələrində yaşayanlarda daha çox görüldüyü ifadə edilən "pemfiqus” xəstəliyi diaqnozu qoyulub.

80 faiz əqli qüsurlu olan və nadir xəstəlikdən müalicə alan Akan bir müddət sonra sağalıb və evə buraxılıb.

Gülay
OXŞAR XƏBƏRLƏR