2019-cu ildə Çində ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun mənşəyi hələ də sirr olaraq qalsa da, elm adamları yarasalardan yayılan yeni bir virusun ortaya çıxdığını açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, alimlər Tanzaniya və Konqo Demokratik Respublikasında aşkar edilən yarasa növündə "Kiwira" virusunun tapıldığını açıqlayıblar.
Bu virusun hantavirus ailəsindən olduğunu deyən elm adamları bu növ virusun ölümcül ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Alimlər bildirir ki, hantavirus ailəsindən olan Sin Nombre virusu insanlara yoluxsa, hər 3 nəfərdən 1-ni öldürə bilər.
İngilis mətbuatının məlumatına görə, "Kiwira" virusunun insanlara necə təsir etdiyi ilə bağlı araşdırmaların davam edir və yeni araşdırmaların aparılacağı bildirilir.
Aydın