xari

Koronavirusla bağlı bədbin proqnoz: Proses 2024-cü ilədək davam edəcək...

SAĞLAMLIQ
22:57 05.04.2021
2006
Bu gün bütün dünyanı maraqlandıran suallardan biri də peyvəndlənmə prosesinin nə qədər davam edəcəyidir.

Hazırda 138 ölkədə təxminən 565 milyon dozada peyvəndlənmə həyata keçirilib. Bir gün ərzində isə 13.9 milyon insan peyvəndlənib.

Bu rəqəmlər ilk baxışda yüksək görünür. Lakin 7.8 milyardlıq dünya əhalisi üçün bu rəqəm çox cüzidir. Odur ki, mütəxəssislər peyvəndləmə prosesinin daha uzun sürəcəyini proqnozlaşdırırlar. Onlar bildirir ki, bu sürətlə davam edərsə, dünya əhalisinin peyvəndlənmə prosesinin 3 il və daha artıq davam edəcəyi gözlənilir.

Dünyaca məşhur "Economist" dərgisində yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə peyvəndlənmə 2022-ci ilin ortalarında, orta gəlirli ölkələrdə 2022-ci ilin sonu, yoxsul ölkələrdə 2023-cü ilin əvvəllərində başa çatacaq. Daha yoxsul ölkələrdə isə bu prosesin 2024-cü ilədək davam edəcəyi ehtimal olunur.
 
///publika.az

OXŞAR XƏBƏRLƏR