Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusa qarşı mübarizəni davam etdirərkən, son məlumatlar Ümumdünya Səhiyyə Təşkilatını şoka salıb.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus qlobal sağlamlıq vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.
"Son səkkiz həftə ərzində 170000-dən çox insan COVİD-19-dan ölüb. Bunlar sadəcə bilinən ölümlərdir, faktiki rəqəmlər bundan da çoxdur", - deyə o bildirib.
O, xüsusilə yaşlıların lazımi şəkildə peyvənd edilməli olduqlarını bir daha diqqətə çatdırıb.
Ayşən