Baş nazir Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.
AZXEBER.C OM-un xəbərinə görə, dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti avqustun 1–dək uzadılıb.
Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı.