BAKU AZƏRBAYCAN
9°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Koronavirusun alimləri məəttəl qoyan sirri - bu şəxslər yoluxmur

Koronavirusun alimləri məəttəl qoyan sirri - bu şəxslər yoluxmur
SAĞLAMLIQ
23:22 06.02.2020
4264
bu şəxslər yoluxmur" />
Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.

AZXEBER.COM-un oxu.az-a istinadən verdiyi məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları "New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.

Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.

Son vaxtlara qədər yalnız bir neçə uşaqda koronavirus infeksiyasına yoluxma qeydə alınıb,  üstəlik simptomlar onların hamısında müşahidə edilməyib.

"Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir”, - deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bəyan edib.

"Uşaqlar müdafiə altındadırlarsa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır”, -  deyə pediatr Aaron Milstoun bildirib.

Həkimlər bununla bağlı iki ehtimal irəli sürürlər: ya uşaqlar yoluxmaya daha az meyillidir, ya da orqanizmləri virusla daha effektiv mübarizə aparır.

Alimlər bildirirlər ki, istənilən halda adi qrip bütün dünyada uşaqlar üçün daha təhlükəlidir.

"Hazırda qrip və digər mövsümi xəstəliklər barədə narahat olmaq lazımdır. Qrip epidemiyası zamanı uşaqlar onu böyüklərdən daha sürətli yayırlar”, - deyə elm adamları bildirib.

Uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtürlər, daha çox başqalarına toxunurlar, bu isə mikroorqanizmlərin yayılmasına kömək edir.

Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, onlar sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətlərindən asılıdır - orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən çox uşaqlar qızdırma və toxumaların zədələnməsinə məruz qalırlar.

Bununla belə, qripdən fərqli olaraq koronavirusdan vaksinlər yoxdur.

"Biz bu virusu uşaqlarımızdan kənar tutmalıyıq. O zaman onun qarşısını ala bilərik”, - deyə Milstoun bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:21 03.04.2020

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

22:59 03.04.2020

Tənha insanlara xidmət göstərən şəxslərin hərəkəti sərbəstdir - RƏSMİ

22:48 03.04.2020

Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

22:34 03.04.2020

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi

22:26 03.04.2020

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

22:12 03.04.2020

Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

21:52 03.04.2020

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq

21:44 03.04.2020

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi