Koronavirusun ən qorxulu forması ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, koronavirusa yoluxduqdan sonra uzun müddət sağlamlığını bərpa edə bilməyən xəstələr üzərində araşdırma aparan elm adamları, araşdırmalarının nəticələrini açıqlayıblar.
Sözügedən araşdırmada peyvəndin bu sahədə də faydalı olduğu sübut edilib.
Məlumdur ki, "Delta" variantına görə bir çox ölkədə yeni yoluxanların sayı artır.
Alimlərin araşdırmasına görə koronavirusun daha qorxulu bir variantı da var. Mütəxəssislər bunu "Long Covid” adlandırıblar.
Bu variant, xəstələrin koronavirusdan sağ çıxmamasına səbəb olur.
The Lancet Yoluxucu Xəstəliklər jurnalında nəşr olunan bir araşdırmaya görə, peyvənd vurdurmuş insanların, peyvənd vurdurmamış insanlara nisbətən "Uzun COVİD”-ə yoluxma riski 2 qat azdır.
Araşdırmada iştirak edənlərdən Dr. Claire Steves bu vəziyyətlə bağlı ”Peyvəndlənmə həm virusa yoluxma, həm də uzun müddətli simptomlar inkişaf etdirmə riskini əhəmiyyətli dərəcədə azaldır." - fikrini söyləyib.
56 ölkədən təxminən 4000 adam üzərindən aparılan araşdırmada məlum olub ki, yorğunluq, titrəmə, yaddaş itkisi və baş ağrısı uzun sürən COVİD-in simptomları hesab olunur.
Ölkə üzrə aparılan sorğuda iştirak edənlərin təxminən yarısı bu xəstəlik səbəbiylə iş qrafikini azaltmalı olduqlarını, təxminən beşdə biri (22 faiz) isə ümumiyyətlə işləyə bilmədiklərini bildiriblər.
Ayşən Mirzəyeva