Koronavirusun yeni növü yayılmağa başlayıb

Koronavirusun yeni növü yayılmağa başlayıb
SAĞLAMLIQ
18:38 27.07.2020
1933

Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətdən bildiriblər.

Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər.

Son 99 gün ərzində ölkədə ilk daxili yoluxma halı şənbə günü mühüm istirahət mərkəzi olan Da Nanq şəhərində yaşayan və xaricə heç getməmiş 57 yaşlı şəxsdə aşkarlanıb. Bundan sonra baş nazir Nquyen Xuan Phuk şəhərdə kütləvi testlər keçirmək, azı 1 metr sosial məsafə qaydasına əməl etmək barədə göstəriş verib. Sabahdan etibarən kütləvi əyləncə, dini, mədəni tədbirlər dayandırılır, ictimai iaşə və gözəllik müəssisələri də bağlanır.

Bu gün hökumət Da Nanq şəhərindən 80 min turistin dörd gün ərzində təxliyə olunması barədə qərar verib.

Qeyd edək ki, 96 milyon əhalisi olan Viyetnam indiyədək cəmi 420 yoluxma halı və 0 ölüm halı ilə koronavirusa qarşı mübarizə sahəsində dünya miqyasında böyük nailiyyət əldə edib. Bu nailiyyətin, ilk növbədə, çox çevik və sərt qabaqlayıcı tədbirlər sahəsində əldə edildiyi bildirilən ölkə mart ayında sərhədlərini əcnəbilərin üzünə tam bağlamışdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR