Xalq artisti, Azərbaycan tamaşaçısının "Moşu" kimi tanıyıb-sevdiyi Valeh Kərimov koronavirusa yoluxub.
AZXEBER.COM xəbər verir ki, aktyor Qaynarinfo.az-a açıqlamasında hazırda Ağdaş rayonunda xəstəxanada müalicə olunduğunu bildirib.
"Narahatlığa əsas yoxdur, vəziyyətim yaxşıdır, həkimlər əllərindən gələni edirlər. Allahın köməkliyi ilə iki-üç günə bir şey qalmaz, tamam sağalaram", - V.Kərimov deyib.