Korotçenko: “44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub”

Korotçenko: “44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub”
SİYASƏT
20:45 01.05.2021
559
"Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar”.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyada çıxan "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.

İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır:

"Dünyada, bəlkə, ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil.

Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, bir milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”.

"Əlbəttə, biz başa düşürük ki, bu dəhşətli yaraların sağalması, Azərbaycan şəhərlərinin, digər yaşayış məntəqələrinin bərpa edilməsi üçün çox böyük zaman, onilliklər lazım olacaq. Lakin Azərbaycanın siyasi əzmkarlığı var.

Biz tam əminik ki, işğaldan azad edilmiş ərazilər bir müddətdən sonra yenidən Azərbaycanın incilərinə çevriləcək. Azərbaycan xalqı çox əməksevər, səbirli və inadkar xalqdır.

O, dağıntıları bərpa edəcək və bu, öz ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün canlarından keçmiş azərbaycanlılara ən yaxşı abidə olacaq. Bərpa edilmiş şəhərlər, bərpa edilmiş Qarabağ öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara abidə olacaq”, - baş redaktor əlavə edib.

İ.Korotçenko sözünə davam edərək deyib ki, burada aparılmış "Dəmir yumruq” əməliyyatı hərb sənəti baxımından XXI əsrin müasir yüksək texnoloji müharibə nümunəsidir:

"Azərbaycan Ordusu çox yaxşı hazırlıq keçmiş düşmənlə döyüşürdü. Bu düşmən 30 ilə yaxın müddətdə bir neçə istehkam xətti qurmuşdu. Yerevanda hesab edirdilər ki, bu istehkam xətləri Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz olacaq.

Lakin biz yeni texnoloji müharibənin, XXI əsr müharibəsinin yeni nümunələrini gördük. Azərbaycan Ordusu, XXI əsrin ordusu bu görkəmli Zəfəri qazanmağa nail oldu”.

İ.Korotçenko vurğulayıb ki, bu gün "Dəmir yumruq” əməliyyatı dünyanın ən müxtəlif dövlətlərinin – Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın aparıcı hərbi akademiyalarında, ərəb dünyasında öyrənilir:

"Bu əməliyyatı Rusiyada da tədqiq edirlər. Ona görə ki, bu, müasir hərb sənətinin zəfər nümunəsidir. Bu gün belə əməliyyatların sayı çox olmasa da, Azərbaycan müasir silah növlərindən geniş istifadə etməklə nəyə qadir olduğunu göstərdi. Mən hesab edirəm ki, bu Qələbə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sayəsində qazanılıb.

Bu hərbi qələbə sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsini keçən il dünyada baş vermiş ən mühüm hadisələrin siyahısına daxil edib. Azərbaycanın qələbəsi 2020-ci ilin başlıca hərbi-siyasi hadisəsidir.

Bu faktla heç kəs, hətta erməni təbliğatçıları da mübahisə edə bilməz, ona görə ki, bir daha təkrar edirəm, 44 günlük müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olub.

Bilirsinizmi, bu da hərb tarixində misli olmayan nümunədir. Azərbaycan öz iradəsi, əzmkarlığı, iqtisadiyyat və siyasət sahəsində malik olduğu üstünlüklər sayəsində qalib gəlib. Şübhəsiz, bu, həm də dövlətlərin liderlərinin mübarizəsi idi.

Miskin görkəmli, kəkələyə-kəkələyə danışan, özünü itirmiş, kapitulyasiya aktını imzalayan Paşinyanın fonunda Prezident Əliyev müasir dünyanın liderlərindəndir”.

"Nasionalnaya oborona” jurnalının baş redaktoru bildirib ki, bu gün dünya paytaxtlarının çoxu Azərbaycana etimad göstərir, hörmət edir, onu dostluğa layiq ölkələrdən biri sayır:

"Ona görə ki, bu dövlət çox mühüm siyasi qərarlar qəbul edilməsi məsələlərində tamamilə suverendir. Bu gün belə ölkələrin sayı çox deyil. Azərbaycan məhz öz iqtisadi qüdrətinə və ordusunun gücünə güvənərək öz suverenliyini təmin edən dövlətlərdəndir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi