'Korrupsiya olmasaydı, mübarizə olmazdı'

Bütün Xəbərlər
08:04 24.01.2013
1176
“Biz tam etiraf edirik və qəbul edirik ki, Azərbaycanda korrupsiya var. Bu, ölkənin siyasi rəhbərliyi səviyyəsində daim qeyd edilir. Korrupsiya olmasaydı, korrupsiyaya qarşı mübarizəyə də ehtiyac olmazdı”. Bunu ANS TV-də bu gün efirə gedən “Baş xəbər” proqramının qonağı olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Müdarizə İdarəsinin rəhbəri Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu gün ölkədə korrupsiya müxtəlif sahələrdə var: “Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, korrupsiyanın bu və ya digər sahələrdə vəziyyətini müəyyən edək və ona qarşı həm qabaqlayıcı, həm də cinayət təlimi tədbirləri həyata keçirək. Təbii ki, Azərbaycanda korrupsiya var və ona qarşı mübarizə davam etdirilir”.K.Əliyev qeyd edib ki, korrupsiyanın səviyyəsinin bu və ya digər ölkədə, bu və ya digər cəmiyyətdə tam müəyyən edilməsi mürəkkəb bir məsələdir: “Bəşəriyyət, hüquq alimləri, siyasətçilər uzun müddət bu meyarların müəyyən edilməsi üzərində işləyiblər. Amma qeyd etmək istərdim ki, bütün bu meyarlar bu günə kimi şərti xarakter daşıyıb. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin vəziyyəti, şəraiti korrupsiya cinayətləri zaman keçdikcə dəyişir”.Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyevin müsahibəsində cəmiyyət üçün kifayət qədər maraqlı açıqlamalar var. K. Əliyev müsahibəsində Azərbaycan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevə qarşı qaldırılan, “Binə” Ticarət Mərkəzində saxlanılanlara qarşı açılan cinayət işlərindən danışıb. Həmçinin K.Əliyev korrupsiya ilə mübarizədə aparılan işlərlə bağlı ötən il üçün bir çox statistik məqamlara da toxunub. Bu səbəbdən ANS PRESS oxucularına Kamran Əliyevin müsahibəsini təqdim edir.
OXŞAR XƏBƏRLƏR