Korrupsiyaya görə Rusiya birinciliyi əldən vermir

Korrupsiyaya görə Rusiya birinciliyi əldən vermir
İQTİSADİYYAT
00:50 13.12.2013
1301

"Global Financial Integrity" tədqiqat şirkətinin dərc etdiyi yeni hesabatda Rusiya şübhəli kapitalın ölkədən çıxarılmasına görə dünya birincisidir

Amerikanın "Global Financial Integrity" (GFI) tədqiqat şirkətinin dərc etdiyi yeni hesabata görə, Rusiya şübhəli kapitalın ölkədən çıxarılmasına görə dünya birincisidir. ANS PRESS "Finmarket"ə istinadən bildirir ki, hesabata görə, 10 il ərzində Rusiyadan 881 milyard dollar çıxarılıb. Bunun 200 milyard dolları 2011-ci ilin payına düşür. GFI-nin məlumatına görə, Rusiya korrupsionerlər, qul tacirləri, qaçaqmalçılar və vergi qaçaqları üçün cənnətdir. 2011-ci ildə ölkə şübhəli kapitalın həcminə görə liderliyi ələ alaraq Çini geridə qoyub. Həmin il Rusiyanı 191 mlrd dollar (yaxud 6,3 trln rubl) tərk edib. Həmin il federal büdcəninin gəlirləri 11,3 trln rubl olub. Siyahıda ikinci yer Çinə (151 mlrd dollar), üçüncü yer isə Hindistana (85 mlrd dollar) verilib. İlk 15-liyə Rusiyanın MDB müttəfiqi Belarus (15 mlrd dollar) da tutub, Lukaşenkonun ölkəsi bu qara siyahıda 13-cü olub.

OXŞAR XƏBƏRLƏR