Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov "Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım vasitəsilə izləyicilərin suallarını cavablandıracaq.
AZXEBER/COM-un xəbərinə görə, bu barədə K.Cəfərov özü məlumat verib.
O bildirib ki, canlı yayım 13 fevral saat 19.30-da başlayacaq.
K.Cəfərov "2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacaq. O, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə ilə bağlı oxucuların suallarını cavablandıracaq.