Hemodializ və onun ağuşuna düşən gənc jurnalist - Mikayıl Mirzəzadə yazır
2025-ci ilə qədəm qoyandan bəri səhhətimdə uzunmüddətli problemlər yaşanırdı. Lakin mən bütün baş verənlərə laqeyd yanaşaraq sağlamlığıma fikir vermədən iş fəaliyyətimlə məşğul idim. Hər gələnə, gedənə gülüb keçsəm də, sanki gündən-günə geri addımladığımın fərqində idim. Öncə mədəmdə problemlər aşkarlandı. Tez-tez qaytarma, ishal və sonradan iştahasızlıq məni çıxmaz yollara qərq edirdi. Vaxt tapıb...