"Kosmetik botoksla bu günə qədər ölüm hadisəsi yaşanmayıb" - Dr. Azər Şamilov açıqladı

MÜSAHİBƏ
13:34 05.04.2019
10528
Bəşəriyyət yaranandan gündən insanlar qocalmamağın sirrini axtarır. Son illər isə tibbin inkişafı ilə cavan görünmək üçün müxtəlif kosmetoloji prosedurlar kəşf olunub. 

Bunlardan biri də botoksdur. Əsasən də, qadınların müraciət etdiyi botoks müalicəsi nədir? Onun hansı xeyirləri var? Botoks kimlərə olmaz...
Bu və digər suallarla bağlı Dermatoloq Dr. Azər Şamilov AZXEBER.COM-a müsahibə verib. 

- Cəmiyyətdə belə bir düşüncə var ki, botoks ziyanlıdır və pasientlərə məsləhət görülmür. Bu nə dərəcədə düzgündür?

- İlk olaraq onu qeyd edim ki, botulotoksin – ‘Clostridium botulinum’ adlı bakteriya tərəfindən sintez olunan A tipli neyrotoksindir. Botoks sinir impulslarının əzələlərə ötürülməsinin müvəqqəti qarşısını alaraq əzələləri hərəkətsizləşdirir. Bu zaman nə əzələlər, nə də sinirlər zədələnmir. 4-6 aydan sonra sinir-əzələ keçiriciliyi bərpa olunur. Suala gəlincə isə deyə bilərəm ki, bu düzgün yanaşma deyil. Fakt odur ki, aspirin dərmanı haqda da fikirlər birmənalı deyil, onun üçün də çox zərərli olduğu deyilir. Aspirin yüz illərdi ki, mövcuddur. Mən hesab etmirəm ki, bu dərman pis və ya zərərlidir. Ancaq bunun insan həyatı üçün təhlükə olan daxili qanaxma, mədə xəstəlikləri, astma xəstəliklərinin ağırlaşması ilə bir başa əlaqəsi vardır. Bu səbəblə aspirin dərmanından ölüm hadisələri çox olub. Aspirindən daha çox insan zərər görüb nəinki botoksdan.

- Bəs kosmetik botoksda bu hallar yoxdur?

- Kosmetik botoksla bu günə qədər ölüm hadisəsi yaşanmayıb. Eyni zamanda da heç bir xəstəliyin müalicəsinə mənfi təsir etməyib. Bəzi vaxtlarda arzuolunmaz nəticələr olsa da yan təsirləri 100% müvəqqəti xarakterlidir. Həm də aspirin dərmanı ilə botoksun fərqi odur ki, aspirini reseptsiz almaq mümkündür. Bu da xəstəlik daşıyıcısı olan insanlara mənfi təsi edə bilir. Botoksda isə bu risk yoxdur. 

- Belə anlaşıldı ki, botoksun ziyanları daha azdır...

- Əgər botoks zərərli hesab olunsaydı, ona müvafiq orqanlar tərəfindən önəmsiz şeylər üçün məsələn qırışların açılması görə istifadəyə icazə verməzdi. Ona görə də əmin olun ki , botoks, disport, kseomin inanılmaz güclü toksinlər sayılsa da düzgün dozada istifadə edilsə inanılmaz gözəl və zərərsiz effekt verər. 
 
- Bəs kimlərə botoks olmaz?

- Botoksdan hamiləlik, südvermə dövrü, dəri xəstəliyi, sellülit, çapıqlar, qan laxtalanmasında pozğunluq, qan sulandırıcı maddələrin istifadəsi , tətbiq edilən nahiyədə əzələ zəifliyi, sinir əzələ keçəcəyində xəstəlik varsa, o zaman botoks müalicə etmək olmaz. Botoksdan  öncə mütləq analizlər verilməlidir.

- Bəs yaşlı qadınlara necə?

- Yaşlı qadınların da botoksu seçməsi doğru deyil. 70 yaş ərəfəsində əzələ və sinir funksiyaları pozulduğuna görə, bu cür xəstələrdə botoks əməlliyyatı edilmir. Bu yaş qrupunda mimik qırışlardan əlavə dəridə kollagen və elastin azalması ilə bağlı sallanmalar da olduğundan fərqli müalicə variantları seçilir.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir