Kosmetik vasitələri yeyən bloqer vəfat etdi

Kosmetik vasitələri yeyən bloqer vəfat etdi
MAQAZİN
14:54 10.06.2025
351
Kosmetik vasitələri yeməklə gündəmə gələn "Guava Beauty" ləqəbi ilə tanınan 24 yaşlı taylandlı bloqer vəfat edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, kameralar qarşısında pomada, ənlik və hətta pambıq disklərini yeməsi ilə məşhur idi.
 
İzləyicilərin əksəriyyəti onun bu davranışını təhlükəli hesab edib və şərhlərdə dəfələrlə kosmetik məhsulların yeyilməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
 
Ancaq bloqer buna qulaq asmayıb.

Sonradan profilində gənc qızın öldüyü barədə açıqlama yerləşdirilib, ailəsi isə onun vəfat etdiyini rəsmən təsdiqləyib.
 
Hadisə Taylandda və sosial şəbəkələrdə ciddi rezonans doğurub və təhlükəli trendlərinin yaratdığı riskləri bir daha gündəmə gətirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR