Kosmetika mağazasında qalmaqal: 17 yaşlı qızı yoxlamaq üçün oğlanların yanında soyundurdular

Kosmetika mağazasında qalmaqal: 17 yaşlı qızı yoxlamaq üçün oğlanların yanında soyundurdular
DÜNYA
10:51 21.02.2017
6766

 

İstanbuldakı məşhur kosmetika firmalarından biri müştərini alçaltmaqda günahlandırılır.

İstanbulda 17 yaşlı Berna adlı qız rəfiqələri ilə kosmetika malları satılan mağazaya girib. İddialara görə, qızın əlində öz dodaq boyası olub. Bunu görən mühafizəçilər onun malı oğurladığını zənn ediblər. Mağazanın meneceri və mühafizəçiləri qızı anbara aparıblar. Onlar əmin olmaq üçün burada qızı soyundurublar.

Berna məhkəmədə ifadəsində deyib:

"Şalvarımı yarıya qədər aşağı saldım. Alt paltarlarımın içinə də baxdılar. Həm də orada iki oğlan mühafizəçi var idi. Onların yanında soyundurdular. Alt paltarımı çıxaranda onlara sadəcə üzlərini çevirməyi dedilər. Məni əxlaqsız, tərbiyəsiz və oğru adlandırdılar".

 

Berna şirkəti məhkəməyə verib. Mağazanın menecerinin 5 il müddətinə həbsi tələb edilir

//Milli.Az "
OXŞAR XƏBƏRLƏR