AZXEBER.com-un məlumatına görə, qara dəliklərin peyk fotoşəkillərində “gülümsəyən üzə” bənzəməsi diqqəti çəkib. NASA-nın “Svift” və “Chandra” peyklərinin “Markarian 739” adlı qalaktikanın mərkəzində aşkar etdiyi dəliklər bir-birlərindən yalnız 11 min işıq ili uzaqlıqda yerləşir və onları isti, hərəkətli qaz buludları ayırır. Qara dəliklərin birini “Svift” digərini isə “Chandra” peyki aşkarlayıb.