Kosmosda hospital yaradılacaq

MARAQLI
19:18 30.01.2018
1941

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi kosmosda "Emirates Space Hospital” adlı ilk xəstəxananın yaradılması ilə bağlı planlarını açıqlayıb.

Layihə ölkənin milli kosmik proqramının tərkib hissəsini təşkil edəcək. 

Nazirlik nümayəndəsi doktor Kulthum əl-Beluşi bildirib ki, kosmosda kosmonavtlara tibbi müalicə xidmətləri göstərilsə də, o, nanotexnologiyalar vasitəsilə Yerdən idarə olunacaq.

"Teletibdən hospitallarda istifadə olunmaqla yanaşı, kosmosda tətbiq olunacaq”, - o qeyd edib.

Layihənin BƏƏ-nin 2020-ci ildə Marsda missiyaya başlaması ilə eyni vaxtda istifadəyə verilməsi nəzərdə tutulur. Hospital layihəsinin əvvəlcə Yerdə sınaqdan keçirilməsi planlaşdırılır.

qafqazinfo
OXŞAR XƏBƏRLƏR