Kosovo üzrə Haaqa Xüsusi Məhkəməsi Kosovo Azadlıq Ordusunun keçmiş komandiri Salih Mustafanı hərbi cinayətlərdə təqsirli bilib və 26 il müddətinə azadlıqdan məhrum edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-ın məhkəmə prosesində iştirak edən müxbiri bildirib.
Qeyd olunub ki, Salih Mustafa ona qarşı irəli sürülən 3 ittiham üzrə (işgəncə, qanunsuz həbs və qətl) təqsirli bilinib, lakin bir ittiham üzrə (pis rəftar) üzrə bəraət alıb. Bu səbəbdən də məhkəmə indiyə qədər həbsdə olduğu müddəti çıxmaq şərti ilə onu 26 il həbs cəzasına məhkum edib.
Xatırladaq ki, Salih Mustafa barəsində ittiham aktı 2020-ci ilin 12 iyun tarixində təsdiq edilib. Həmin ilin sentyabr ayının sonunda Kosovoda həbs olunub və məhkəmənin istintaq təcridxanasına təhvil verilib.