Kosovo-Serbiya gərginliyinə səbəb olan şəxs həbs edildi

Kosovo-Serbiya gərginliyinə səbəb olan şəxs həbs edildi
DÜNYA
13:56 06.01.2023
285
Kosovo ilə Serbiya arasında gərginliyə və ölkənin şimalında barikadalar qurmasına səbəb olan keçmiş serb polisinin ev dustaqlığı müddəti daha 2 ay uzadılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kosovo-Serbiyada gərginliyə səbəb olan keçmiş serb polisin həbs müddəti uzadılıb.

Keçmiş serb polisi Deyan Pantiçin ev dustaqlığı müddəti 2 ay uzadılıb və bu, Kosovo ilə Serbiya arasında gərginliyin artmasına və ölkənin şimalında barrikadaların qurulmasına səbəb olub.

Paytaxt Priştina şəhərinin əsas məhkəməsi Pantiç barəsində ev dustaqlığı tədbirinin uzadılması qərarının Pantiçin "şəriklikdə terror cinayəti” törətdiyinə dair əsaslı şübhələrə görə qəbul edildiyini açıqlayıb.

Məhkəmədən verilən açıqlamada, "Məhkəmə hazırlığı hakimi, yanvarın 5-də Kosovo Respublikası Xüsusi Prokurorunun vəsatətinə baxaraq, təqsirləndirilən D.P-nin ev dustaqlığı tədbirinin 2 ay müddətinə davam etdirilməsinə qərar verdi. Beləliklə, ev dustaqlığı 9 mart 2023-cü ilə qədər davam edəcək." bəyanatlar daxil edilib.

Bəyanatda o da bildirilib ki, təqsirləndirilən şəxsin ev dustaqlığı qərarından apellyasiya şikayəti vermək hüququ var.

Keçmiş serb polisi Dejan Pantiçin saxlanmasına reaksiya verən kosovo serbləri 10-29 dekabr 2022-ci il tarixləri arasında Kosovonun şimalında qurduqları barrikadalarla yolları bağlayıblar.

Serbiya prezidenti Aleksandar Vucic həbs qərarı ev dustaqlığına çevrildikdən sonra Pantiçin Kosovonun şimalında həbsinə cavab olaraq qurulan barrikadaların götürülməsinə çağırıb.

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.

Vaxtaşırı qarşıdurma yaşayan Serbiya və Kosovo, 2011-ci ildə Aİ vasitəçiliyi ilə başladılan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində əlaqələrin normallaşması və nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapmağa çalışır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR