Kosovoda gərginlik: Serblər polisə atəş açıblar

Kosovoda gərginlik: Serblər polisə atəş açıblar
DÜNYA
11:26 25.09.2023
207
Kosovonun şimalında serblərin atəş açması nəticəsində bir polis məmuru həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, Kosovonun şimalında əsasən serblərin yaşadığı Şimali Mitrovitsada yolu bağlayan silahlı serblərin polisə atəş açması nəticəsində bir polis məmuru ölüb, bir nəfər isə yaralanıb.

Kosovo polisindən verilən açıqlamada bildirilib ki, bir qrup silahlı serb, Şimali Mitrovitsa yaxınlığında yerləşən Bajnske kəndinin girişindəki körpünün üzərinə nömrəsiz iki yük maşını yerləşdirərək kənd yolunu bağlayıb. 

Açıqlamada silahlı serblərin xəbər aldıqdan sonra hadisə yerinə gedən polis əməkdaşlarına atəş açması səbəbindən münaqişənin baş verdiyi qeyd edilib: "Polisə müxtəlif odlu silahlardan, o cümlədən əl ilə atəş açılıb, atəş nəticəsində iki polis əməkdaşı güllələnib”.

Açıqlamada yaralanan polislərin xəstəxanaya aparıldığı, bütün səylərə baxmayaraq bir polisin dünyasını dəyişdiyi bildirilib. 

Gülay
OXŞAR XƏBƏRLƏR