Köpəkbalığı qızın qolunu qopardı

MARAQLI
11:41 16.08.2013
2024

Almaniyadan Havay adalarına istirahətə gələn gənc turist qız köpək balığının hücumu nəticəsində sağ qolundan məhrum olub.

Hadisə 20 yaşlı qız Maui adasının çimərliyində sahildən təqribən 50 metr məsafədə çimərkən baş verib. Zərərçəkən xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər. Bu 2013-cü ildə Havay sularında baş verən yeddinci və Maui adası sahillərində isə qeydə alınan dördüncü akula hücumudur.

 

OXŞAR XƏBƏRLƏR