"KQB" kimi tanınan əks-kəşfiyyat xidməti yenidən dirilib: Casusluq edən üç ABŞ vətəndaşı həbs edildi

"KQB" kimi tanınan əks-kəşfiyyat xidməti yenidən dirilib: Casusluq edən üç ABŞ vətəndaşı həbs edildi
DÜNYA
12:02 31.07.2023
339
Kreml Rusiyada yaşayan xarici jurnalistləri və diplomatları izləmək üçün xüsusi məxfi kəşfiyyat bölməsini yenidən işə salıb.
 
AZXEBER.COM-un Haberglobal-a istinadən xəbərinə görə, əks-kəşfiyyat əməliyyatları departamenti kimi tanınan DKRO Rusiyada üç nəfər ABŞ vətəndaşını həbs edib.
 
"KQB kimi işləyən” xidmət diplomatların evlərinə soxulur, maşınlarını qəzaya uğradır, uşaqlarını izləyir.

Qlobal kəşfiyyat xəbərlərini işıqlandıran "Intel News"da dərc olunan xəbərdə Rusiyanın əcnəbiləri, xüsusilə də Amerika vətəndaşlarını hədəf alan köhnə əks-kəşfiyyat bölməsini yenidən aktivləşdirdiyi iddia edilir. 
 
Həbs edilən amerikalılar arasında Soyuq Müharibə dövründən (1947-1991-ci illər arasında) Rusiyada casusluq ittihamı ilə ilk dəfə həbs edilən ABŞ vətəndaşı Evan Gershkovic də var.

DKRO-nun rəhbəri Rusiya prezidenti Vladimir Putinə ən yaxın adlardan biri olan keçmiş KQB yüksək vəzifəli məmuru Vladislav Menşçikovdur.
 

DKRO-nun rəhbəri Rusiya Prezidenti Vladimir Putinə ən yaxın adlardan biri olan keçmiş KQB-nin yüksək vəzifəli məmuru Vladislav Menşçikovdur (solda).
 
Menşçikovla Putinin DTK-da birlikdə xidmət etdiyi də məlum olub.
 
Kəşfiyyat mənbələrinin bildirdiyinə görə, bu vəzifəyə təyin olunmazdan əvvəl Menşçikov "Rusiyanın şəhər ərazilərində gizli yeraltı qurğuların təhlükəsizliyinə və istismarına cavabdeh olan Rusiya Prezidentinin Xüsusi Proqramlar İdarəsi”nin direktoru vəzifəsində çalışıb.
 
Digər bir mənbənin məlumatına əsasən, DKRO-nun öz daxilində alt bölmələri də var. Rusiyada xüsusilə təhlükəli hesab edilən xarici ölkələrin vətəndaşlarını və diplomatlarını izləyən bölmənin hesabatları da Prezident Vladimir Putinə təqdim olunur. DKRO-nun birinci şöbəsi olan DKRO-1 təşkilatda ən çox personala malik bölmədir. Bu bölmənin əsas vəzifəsi Rusiyadakı ABŞ və Kanada vətəndaşlarını izləməkdir. Mənbələr bildirirlər ki, ABŞ-Rusiya münasibətləri pisləşdikcə bu bölmənin əməliyyatları intensivləşib.

Həm ABŞ, həm Avropa İttifaqı, həm də Moskvadakı mənbələr DKRO-nun Rusiyada yaşayan diplomatlara və onların hədəfi olan jurnalistlərə qarşı həyata keçirdiyi fəaliyyəti "köhnə DTK taktikasının həyata keçirilməsi” kimi xarakterizə edir. Əslində DKRO özünü göstərmədən və diplomatik böhrana səbəb olmadan qorxulu taktikalara əl atır.

 

Əldə edilən məlumata görə, DKRO-nun ölkədə yaşayan xarici diplomatlara və jurnalistlərə qarşı psixoloji təzyiq və təhqirlər tətbiq etdiyi bildirilir və bu fəaliyyətlər aşağıdakı kimi sıralanır:

- Məktəblərdə diplomatların övladlarını müşahidə edib onları qorxutmaq.
- Diplomatların evlərinə gizlicə girmək, audio və video qeyd aparatları quraşdırmaq və onları qorxutmaq.
- Diplomatların və jurnalistlərin maşınlarına təxribat edilməsi, onları yararsız hala salması.
- ABŞ diplomatlarının və səfirlərinin evlərində elektrik enerjisinin tez-tez kəsilməsi.

Daha bir məlumata görə isə, ABŞ səfirliyinin Moskvadakı şəhərciyi yaxınlığında yaradılmış polis məntəqələrindəki məmurlar əslində rus polisləri deyil.
 
Səfirliyə çox yaxın olan bu şəxslər "polis qiyafəsində DKRO zabitləridir”. Kəşfiyyat mənbələri isə bu vəziyyətin ictimaiyyətə əks olunmasının qarşısını almaq üçün hər iki ölkənin böyük səy göstərdiyini bildirir.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR