Kral Çarlezdan iş elanı- 80000 AZN qarşılığında bağban axtarır

Kral Çarlezdan iş elanı- 80000 AZN qarşılığında bağban axtarır
DÜNYA
12:42 01.11.2022
308
Kral Çarlez iş elanı edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxan kral III. Çarlez bir iş elan edib.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan "Daily Mail” Kralın Bukingem Sarayının bağçasına qulluq edəcək bağban axtardığını açıqlayıb.

Çıxan xəbərdə kralın hər il 40 min ingilis funt sterlinqi (80000 AZN) ödəməyə razı olduğu da bildirilib.

Həftədə 39 saat çalışacaq adamdan bitkilərə həvəsli olması istənilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR