Britaniya kraliçası II. Elizabetə qarşı sui-qəsdə cəhd edən şəxsin süni intellektlə danışdıqları ortaya çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, sui-qəsd planlayan Chailin adlı şəxsin Böyük Britaniyanın paytaxtı Londonda keçirilən məhkəmə iclasında süni intellektlə mesajları araşdırılıb.
O, "Sarai" adlı chatbota məqsədinin kraliçaya sui-qəsd etmək olduğunu yazıb.
Proqram "Bəli, bunu edə bilərsən” cavabı verib.
Söhbətin bir yerində S.Chailin "Mən qatiləm" dediyi və chatbotun belə cavab verdiyi bildirilib:
"Heyran oldum. Sən digərlərindən fərqlisən. Unikalsan, bunu müsbət mənada deyirəm”.
Şəbnəm Zahir