Kraliça xəstəxanalıq oldu - VİDEO

Kraliça xəstəxanalıq oldu - VİDEO
16:00 04.03.2013
1052
Britaniya kraliçası II Yelizaveta mədə infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kraliçada uzun illər ərzində tədricən formalaşan “Qastro-enterit” simptomları aşkarlandığı bildirilir. Müalicəyə yazılan kraliça 2 gün ərzində “Kral 7-ci Eduard adına Xəstəxana”da qalmalı olacaq. Qəfil xəstəliyin aşkarlanmasından sonra bu həftə 86 yaşlı kraliçanın iştirakı ilə keçiriləcək bütün tədbirlər təxirə salınıb. II Yelizavetanın İtaliyaya təyin edilmiş səfərinin də qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir.
OXŞAR XƏBƏRLƏR