ABŞ hələ də Ukraynadakı müharibənin əsas sponsoru olaraq qalır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dialoqu şərh edərkən deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bütün bu prosesi aparan və indiyədək bu müharibəyə ən ağır maliyyə dəstəyi yükünü daşıyan əsas lokomotiv olub və indi də olaraq qalır.
Peskov qeyd edib ki, ABŞ-nin yeni administrasiyası fərqli baxışlara malikdir və "sonuncu ukraynalıya qədər müharibəni davam etdirməyə” yox, vəziyyəti sülh yolu ilə həll etməyə çalışır. "Kreml bu yanaşma ilə razıdır", - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin 46-cı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Vaşinqton Ukraynadakı müharibənin ən əsas dəstəkçisi olub. ABŞ, Rusiya ilə müharibədə şəraitində olan Ukraynanı hərbi, maliyyə və humanitar baxımdan dəstəkləyirdi. Bu dəstək, həm silah tədarükü, həm də iqtisadi yardım və humanitar yardım şəklində olub. ABŞ, Ukraynaya müasir silahlar, döyüş təyyarələri, artilleriya sistemləri, zirehli maşınlar və digər hərbi təchizat göndərib. Eyni zamanda, ABŞ beynəlxalq səviyyədə Ukraynanın hüquqlarını müdafiə edib və Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
///apa