Kreml: ABŞ ilə Ukrayna mövzusunda danışıqlar davam edir

Kreml: ABŞ ilə Ukrayna mövzusunda danışıqlar davam edir
DÜNYA
16:13 06.05.2025
284
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə danışıqları davam etdirdiklərini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın əsas ixracı olan neftin ucuzlaşmasına münasibət bildirən Peskov, "Neft qiymətləri Rusiyanın milli maraqlarına təsir edə biləcək amil ola bilməz. Rusiyanın milli maraqları hər şeydən, o cümlədən neft qiymətlərindən üstündür" deyə bildirib.

Peskov Rusiyanın mayın 8-dən 10-na kimi Ukraynada atəşkəs elan etməsi ilə bağlı deyib: "Hücumlar olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum etməyə davam edərsə, biz cavab tədbirləri görəcəyik".

Ukraynanın Rusiyadakı mülki ərazilərə pilotsuz təyyarələrlə hücumlarını davam etdirdiyini bildirən Peskov Kiyev rəhbərliyinin müharibəni davam etdirmək istədiyini vurğulayıb.

Mətbuatda ABŞ-ın əvəzinə Braziliyanın Ukrayna məsələsində vasitəçilik edə biləcəyi ilə bağlı iddialara münasibət bildirən Peskov, "Bu məsələ gündəmdə deyil. ABŞ tərəfi ilə işimizi davam etdiririk. Təbii ki, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən bütün ölkələrin səylərini alqışlayırıq" deyə qeyd edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR