Kreml: Avropa gec-tez Rusiya ilə dialoq qurmalı olacaq

Kreml: Avropa gec-tez Rusiya ilə dialoq qurmalı olacaq
DÜNYA
19:49 03.04.2022
478
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gərgin danışıqlar səyləri nəticəsində Moskva və Kiyevin sənədi imzalayacağına və bunun vəziyyətin normallaşması istiqamətində mühüm addım olacağına ümid etdiyini söyləyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, "Rossiya 1" kanalında yayımlanan "Moskva.Kreml.Putin" proqramına müsahibəsində Peskov bunun ardınca həm Avrasiya İqitisadi İttifaqı, həm də Avropa ölkələri ilə çətin söhbət olacağını bildirib.

Avropa ilə münasibətlərin gələcəyinə toxunan Kremlin sözçüsü gez-tez Avropanın Rusiya ilə dialoq qurmalı olacağını vurğulayıb: "Okeanın o tayında kimsə istəsə də, istəməsə də, gec-tez Avropa Rusiya ilə dialoq qurmalı olacaq".

 
OXŞAR XƏBƏRLƏR