Kreml: Yaxın Şərqdəki vəziyyətdən narahatıq

DÜNYA
14:49 24.09.2024
143
Kremlin sözçüsü Dmitri Peskov İsrailin Livana hücumları ilə bağlı Yaxın Şərqdəki vəziyyətin son dərəcə təhlükəli olduğunu və narahat olduqlarını bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov jurnalistlərə İsrailin Livana hücumları və Yaxın Şərqdəki vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Hazırda Yaxın Şərqdə "hər hansı bir həllin mümkünlüyündən danışmaq çətindir” deyən Peskov, həllin "tək bir ölkənin monopoliyasında” olduğuna diqqət çəkib.

İsrail və Livan arasında gərginliyin artmasını "potensial olaraq son dərəcə təhlükəli" adlandıran Peskov münaqişənin genişlənməsinin regionun tam sabitliyinin pozulmasına gətirib çıxaracağını bildirib. "Əlbəttə, bu, bizim üçün son dərəcə narahatedici vəziyyətdir” deyə Peskov bildirib. .

Gülay
OXŞAR XƏBƏRLƏR