Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir

Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
DÜNYA
18:15 14.07.2026
329
Rəsmi Moskva Böyük Britaniya və Avropa İttifaqının kiberhücumlarla bağlı iddialarını rədd edir.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Biz bütün bu ittihamları rədd edirik. Bilirsiniz ki, Rusiya illərdir heç bir əlaqəsi olmayan şeylərdə ittiham olunur. Bu ittihamlar həmişə əsassızdır. Onlar heç vaxt təsdiqlənmir və biz heç bir dəlil eşitmirik. Sanksiyalara gəldikdə isə, biz onları ənənəvi olaraq qanunsuz hesab edirik. Ölkəmizə qarşı tətbiq edilən on minlərlə sanksiyaya uyğunlaşmışıq. Bu sanksiyalardan yayınmağı, bu sanksiyaların mənfi təsirini minimuma endirməyi öyrənmişik. Biz bunu etməyə davam edəcəyik", - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, iyulun 13-də Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar elan ediblər. Qərb Rusiyanı ötən il Avropada xaos və nifaq salmaq məqsədi daşıyan kiberhücumlar təşkil etməkdə ittiham edir.
 
///apa
OXŞAR XƏBƏRLƏR