"Blumberq"in səhvən yayımladığı "Rusiya Ukraynanı işğal edir” xəbərinə Kreml sərt reaksiya verib.
AZXEBER.COM xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında "Blumberq"in kobud səhvinin Vaşinqton, London və digər Avropa paytaxtlarından saysız-hesabsız təhqiramiz bəyanatların yaratdığı təhlükələri (gərginlikləri) mükəmməl şəkildə nümayiş etdirdiyini bildirib.
"Düşünürəm ki, biz indi saxta xəbərlər əvəzinə "Blumberq" xəbərləri terminindən istifadə edə bilərik.
Bu, fövqəladə gərginlik mühitinin yarada biləcəyi nəticələrin nümunəsidir", - deyə Peskov vurğulayıb.