Kreml Cənubi Osetiya ilə Rusiyanın birləşməsini hüquqi kazus adlandırdı

Kreml Cənubi Osetiya ilə Rusiyanın birləşməsini hüquqi kazus adlandırdı
DÜNYA
20:10 21.06.2022
339
Cənubi Osetiyanın Rusiya ilə birləşdirilməsi məsələsinin gündəmə gətirilməsi hələ də həll edilməli olan hüquqi kazusdur.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz dedik ki, orada "birləşmə haqqında" məsələ qaldırılıb, məsələ belə formalaşdırılıb. Burada bir növ hüquqi kazus var. Yəni ki, Rusiya kimləsə birləşə bilməz. Buna görə də həmkarlarımız özləri bunu həll edib, müəyyən etməlidirlər”, - Kremlin sözçüsü qeyd edib.

Qeyd edək ki, Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiya rəhbərliyi Rusiyanın tərkibinə daxil olmaq niyyətini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR