Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden Ağ Evdən etdiyi çıxışında Həmas-İsrail müharibəsinə toxunub. O, Rusiyanın Ukraynaya müdaxiləsi ilə HƏMAS-ın İsrailə hücumu arasında birbaşa əlaqə quraraq deyib: "Həmas və Putinin qalib gəlməsinə imkan verməyəcəyəm".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Baydenin bu çıxışına Kremldən cavab gecikməyib.
Kremlin sözcüsü Dmitri Peskov Putinlə HƏMAS-ın müqayisə edilməsini qınayıb: "Baydenin Putinlə HƏMAS-ı müqayisə etməsi qəbuledilməzdir”.
Günel